Bu il ən gərgin müsabiqə vəziyyəti hansı qruplarda olacaq?

Bu il ən gərgin müsabiqə vəziyyəti hansı qruplarda olacaq?

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl qruplar üzrə plan yerləri açıqlanıb.

Ötən gündən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

Belə ki, I ixtisas qrupunda 19 990 plan yeri ayrılıb. Bunun 13 315-i Azərbaycan, 785-i isə rus bölməsi üçün nəzərdə tutulub. 5 890 plan yeri isə birgə qruplara ayrılıb. I qrupda 14 407 dövlət sifarişli plan yeri ayrılıb.

II qrupda 14 550 plan yerindən 4 390-ı dövlət sifarişlidir. III ixtisas qrupunda isə 15 459 plan yeri var, onun 4 318-i dövlət sifarişlidir.

IV ixtisas qrupunda 4 600 plan yerindən 3 135-i dövlət sifarişlidir.

Maraqlıdır, qruplar üzrə ən çətin müsabiqə vəziyyəti hansı qrupda gözlənilir? 

Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ən çətin müsabiqə vəziyyəti 3 və 4-cü qruplarda gözlənilir: 

"Düşünürəm ki, abituriyentləri 3 və 4-cü qruplarda daha çətin müsabiqə gözləyəcək.  Çünki bu qruplarda yüksək bal toplayanların sayı həddən artıq çoxdur.

Ona görə də ən çətin və ciddi müsabiqə vəziyyəti burada gözləniləndir. 

2-ci qrupda isə müsabiqə vəziyyətinin çətinliyi orta dərəcədə qiymətləndirilə bilər. Hər halda, 3 və 4-cü qruplardakı çətinlik bu qrupdakı qədər olmayacaq.1-ci qrupu isə hər il olduğu kimi nisbətən sakit müsabiqə şərtləri gözləyir".

Naibə
"Cebheinfo.az"