Daha iki gün geomaqnit qasırğası olacaq

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.

Bu barədə Cebhe.info-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir. 24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

Cebhe.info