Evdə də virusa yoluxa bilərsiniz - HƏKİM
Ebola virusu kimi orqanizmin hemorragik zədələnməsinə səbəb olan Marburq virusu insana yuyulmamış banan vasitəsilə yoluxa bilər.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin yoluxucu xəstəliklər üzrə həkimi Sergey Voznesenski deyib.
Həkim qeyd edib ki, müasir dövrdə bütün məhsullar hərtərəfli sanitariya nəzarətindən keçir. Bu tədbir malların mağazalara daxil olmasının qarşısını almaq üçün təhlükəli virus və bakteriyaların mövcudluğunu vaxtında müəyyənləşdirməyə imkan verir.
"Ancaq hər halda, mağazada aldığımız bütün meyvə və tərəvəzlər istehlakdan əvvəl su və adi sabunla yuyulmalıdır. Bu, birdən-birə meyvənin qabığında olsa, yoluxma ehtimalını minimuma endirəcək", -Voznesenski deyib.
Virusun ötürülməsinin digər yolları arasında yoluxmuş insan və ya heyvanla yaxın təmas var.
"Cebheinfo.az"