İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək

İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək

2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə İçərişəhərdə "Gənclər yarmarkası” keçiriləcək.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, fevralın 1-də Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Yarmarka Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fonunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inkulizivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclərinin evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.

Cebhe.info