Könül Nurullayevanın görüşləri davam edir -  FOTO

Könül Nurullayevanın görüşləri davam edir -  FOTO

24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

“Cebheinfo.az” xəbər verir ki, deputatlığa xanım namizəd kampaniya çərçivəsində növbəti görüşünü Nizami rayonundan olan fəal gənclərlə keçirib. Görüş zamanı bütöv Azərbaycanın hər bir gözəl guşəsində keçiriləcək seçkilərin, eyni zamanda səsvermə hüququndan istifadənin cəmiyyətimiz üçün əhəmiyyətindən də bəhs edilib. 

Deputatlığa namizəd gənclərlə söhbətində bildirib ki, gənclərlə bir yerdə olmaq onun üçün çox önəmli və vacibdir. Gənclərə dəstək olmaq onun fəaliyyətinin əsas prioritetlərindən biridir:

“İnanıram ki, dövlətimizin inkişafı üçün ən önəmli faktorlardan olan gənclərimizin vətənpərvər ruhda böyüməsi və təhsilli olması bizi parlaq gələcəyə doğru aparacaqdır”.

“Cebheinfo.az”