Siqaret və spirtli içkilərin qiyməti bahalaşacaq

Siqaret və spirtli içkilərin qiyməti bahalaşacaq

Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti yenidən bahalaşacaq.

Cebhe.info bunu topdansatış məntəqələrindən əldə etdiyi məlumata əsasən bildirir.

Satıcıların sözlərinə görə, yanvar ayının 1-dən etibarən tütün və tütün məmulatları, eləcə də spirtli içkilərin qiymətində artım olacaq.

Bütün siqaret qiymətlərində 10 qəpik bahalaşma olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq.

Belə ki, aksiz vergisi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. 

Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Həmçinin içməli spirt, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir. 

Elmir 
Cebhe.info