Tələbələrin yataqxana problemi necə həll edilməlidir?

Tələbələrin yataqxana problemi necə həll edilməlidir?

Kirayə mənzillərin baha olması tələbələri ali məktəblərin yataqxanalarına yönəldir.

Bildirək ki, hazırda Bakı Dövlət Universitetinin 5 mərtəbəli yataqxasında 1 nəfər üçün aylıq ödəniş 75 manatdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti 60 manatdır. Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Bu yataqxanların ödənişi 50-80 manat arasnda dəyişir. 

Maraqlıdır, bu qiymətlər tələbələrin büdcəsinə uyğundurmu?

"Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, dövlət hər bir təhsil müəssisəsinin dəstəkləyir və onlara müəyyən güzəştli kreditlər ayırır:

"Eyni zamanda, onlara yataqxanaların yaradılmasına təşviq edir. Kampuslarla bağlı təhsil müəssisələri dövlətdən hansı yardım və güzəştli kredit istəyirsə, bunu verirlər. Amma bu kampusların saxlanılması üçün əlavə xərclər çıxır, bu baxımdan ödəniş tələb olunur. 

Yataqxanalar isə həm səliqəli, həm də  təhlükəsiz olur. Bizim tələbələrin təqaüdü aşağı səviyyədədir. Bu gün valideynin köməyi olmadan o təqaüdlə təhsil almaq mümkün deyil. Ona görə tələbələrin təqaüdü məsələsini müzakirə etmək lazımdır, təqaüdü qaldırmaq lazımdır".

Naibə
"Cebhe.info"