Tətilin sonuncu günündə Bakıda tıxac var

Tətilin sonuncu günündə Bakıda tıxac var

Qurban bayramı ilə əlaqədar tətilin sonuncu günü Bakının bəzi yollarında sıxlıq yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Hal-hazırda yollardakı vəziyyət:

1. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft"dairəsi istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

8. Aeroport şosesi, hava limanı istiqamətində;

9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

10. Bül-Bül prospekti, "Sahil" m/st-nın qarşısında;

11. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

"Cebhe.info"