Aİ Ukraynada seçki ilə bağlı qərarını açıqladı
Avropa İttifaqı (Aİ) Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə seçkilərin keçirilməsindən imtinasını dəstəkləyir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin toplantısında bildirib.
Onun fikrincə, hərbi vəziyyət şəraitində seçkilər keçirmək lazım deyil.
"Seçkilərdə biz bir-birimizlə mübarizə aparırıq, lakin Ukraynada vəziyyət fərqlidir, burada xarici düşmən var və bütün qüvvələr ona qarşı yönəldilməlidir", – deyə Kallas qeyd edib. Həmçinin Aİ diplomatiyasının rəhbəri ABŞ Prezidenti Donald Trampın bəyanatlarında "Rusiya narrativlərinin geniş şəkildə əks olunduğunu" vurğulayıb.
Səbinə Uğur
“Cebheinfo.az”


