Almaniyadan rekord sayda VƏTƏNDAŞLIQ

Almaniyadan rekord sayda VƏTƏNDAŞLIQ

Almaniyada vətəndaşlıq müraciətləri rekordları qırır.

Yüksək tələbat səbəbindən böyük şəhərlərdə yekunlaşdırılması gözlənilən 220 mindən çox müraciət toplanıb.

"Cebheinfo.az" xəbər verir ki, immiqrasiya məsələləri ilə bağlı araşdırmalar aparan "Mediendienst Integration" adlı təşkilatın sorğusuna əsasən, Almaniya vətəndaşlığına olan böyük maraq iri şəhərlərdə rekord sayda müraciət toplanmasına səbəb olub.

2024-cü ildə 292 min adamın Almaniya vətəndaşlığını aldığına, bunun əvvəlki ilə nisbətən 46 faiz artıma bərabər olduğuna diqqət çəkən təşkilat, yüksək tələbat səbəbiylə hələ tamamlanmamış müraciətlərin olduğuna və Almaniya vətəndaşlığını əldə edəcəklərin nisbətinin daha da artacağına diqqət çəkib.

Almaniyanın ən çox əhalisi olan şəhərlərdə "Mediendienst Integration" tərəfindən aparılan sorğuya görə, 37 şəhərdə hələ yekunlaşmamış müraciətlərin sayı təxminən 220 mindir.

Almaniyanın 47 şəhərində təkcə keçən il vətəndaşlıq üçün edilən müraciətlərin sayı təxminən 211 min 400 olub. Ən çox müraciətin 44 min nəfərlə Berlində, 20 min 600 nəfərlə Münhendə, 19 min 800 nəfərlə Hamburqda və 11 min 300 nəfərlə Bremendə edildiyinə diqqət çəkən araşdırma təşkilatı, Berlin və Axendə müraciət edənlərin sayının 2,5 dəfə, Münhen, Chefeldmen və Krefeld də isə ikiqat artdığını bildirib. 

Demək olar ki, bütün şəhərlərdə Almaniya vətəndaşlığı üçün müraciət edənlərin siyahısının başında suriyalılar gəlir. Suriyalıları Türkiyə və İraq vətəndaşları izləyir. "Mediendienst Integration"-a məlumat verən rəsmi orqanlar bildirirlər ki, yığılan müraciətlərə operativ reaksiya vermək üçün tədbirlər görülür.

Müvafiq olaraq, məsələn, Bremen, Duisburq və Karlsrue ərizələri yoxlayan personalın sayını iki dəfə, Leypsiq kimi bəzi şəhərlərdə isə beş dəfə artırıb.

Tələbatın çox olması səbəbindən uzun gözləmə müddətlərinə diqqət çəkən araşdırma təşkilatı vətəndaşlıq üçün müraciət etmək üçün randevu almağın asan olmadığına diqqət çəkir.

Bəzi şəhərlərdə randevu almaq üçün bir il gözləmək lazım olduğu vurğulanır, bu səbəbdən bəzi şəhərlərdə 2023-cü ilə kimi edilən müraciətlərə baxıldığı bildirilir.

Nigar
"Cebheinfo.az"