Ərdoğan Trampla danışdı

Ərdoğan Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampla İsrail-İran münaqişəsi ilə bağlı telefon danışığı aparıb.

“Cebheinfo.az” xəbər verir ki, Ərdoğan ABŞ-lı həmkarına Türkiyənin gərginliyin nəzarətsiz şəkildə artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayılan məlumata görə, Ərdoğan bir daha bəyan edib ki, Türkiyə İran və İsrail arasındakı gərginliyi yaxından izləyir və nüvə danışıqlarının davam etdirilməsini yeganə həll yolu hesab edir.

Telefon danışığında İsrail-İran münaqişəsi ilə yanaşı digər regional və qlobal məsələlər də müzakirə edilib.

Xatırladaq ki, Ərdoğan İran Prezidenti Pezeşkianla da telefonla danışıb. O, eyni zamanda Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Suriya və Pakistan liderləri ilə də münaqişə ilə bağlı müzakirələr aparıb.

“Cebheinfo.az”