Məktəblərdə “Son zəng” çalınır - FOTOLAR

Məktəblərdə “Son zəng” çalınır - FOTOLAR

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, bununla bağlı qurumun müvafiq təlimatı var.

Təlimata görə, “Son zəng” mərasimləri məktəb daxilində saat 10:00-da başlayıb və 12:00-dək davam edəcək.

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.

Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Xəzər

“Cebheinfo.az”