SEPAH təsdiqlədi: Öldürülüb

SEPAH təsdiqlədi: Öldürülüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadənin İsrailin cümə günü səhər tezdən Tehrana endirdiyi hərbi zərbələr nəticəsində öldürüldüyü təsdiqlənib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tasnim” yazır.

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, briqada generalı Hacızadə cümə günü səhər saatlarında İsrailin SEPAH mərkəzinə endirdiyi zərbə nəticəsində öldürülüb.

İnqilab Keşikçiləri Korpusu bildirib ki, mərhum komandir müqavimət cəbhəsində görkəmli və nüfuzlu şəxs kimi tanınıb, müdafiə və raket sahələrində inkişafın, yeniliyin və gücün simvolu olub. Bəyanatda vurğulanıb ki, İsrailin cinayətkar hücumlarında iranlı komandirlərin ölümü heç bir halda İran xalqını və ya SEPAH-ı sarsıda bilməz.

SEPAH xəbərdarlıq edib ki, İsrail, onun regional və qeyri-regional sponsorları lazımi vaxt və yerdə layiqli və qəti cavab alacaqlar.

Xəzər

“Cebheinfo.az”