Türkiyənin “S-400”-ü satmasına Kremldən reaksiya
Moskva Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemini Körfəz ölkəsinə satacağı iddialarına münasibət bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Ankaranın ABŞ-dan “F-35” qırıcı təyyarələri almaq üçün “S-400”-ləri satacağı ilə bağlı xəbərlərlə bağlı deyib:
"Burada deyə biləcəyim tək şey budur ki, bu, son dərəcə həssas bir məsələdir. Lakin bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqə saxladıq və bu əlaqələri davam etdirəcəyik".
Qeyd edək ki, "Hürriyet" qəzetinin köşə yazarı Əbdülqadir Selvin əldə etdiyim məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb:
“Satış bu gün elan ediləcək. S-400-lər Körfəzdəki bir ölkəyə gedir. Dünən son detallar üzərində iş gedirdi. Bəziləri bunun Birləşmiş Ərəb Əmirlikləri olduğunu deyir, digərləri isə Qətərə işarə edir. Rəsmi açıqlamanı gözləmək ən yaxşısıdır".
Nigar
"Cebheinfo.az"

