İrandan dəhşətli QİSAS ÇAĞIRIŞI

İrandan dəhşətli QİSAS ÇAĞIRIŞI

Tehranda İranın mərhum Ali Rəhbəri Ayətullah Xameneyi ilə ictimai vida mərasimi davam edir.

"Cebheinfo.az" xəbər verir ki, minlərlə insan paytaxt Tehranda İmam Xomeyni məscidində və ətrafında toplaşaraq Xameneyini son səfərinə yola salır.

İzdiham “Sözümüz bir! Qisas! Qisas!” kimi şüarlar səsləndirib. Digər tərəfdən isə minlərlə insan qisas simvolu kimi qəbul edilən qırmızı bayraqlar qaldırıb. 

Əli Xameneyinin oğlu və varisi Müctəba Xameneyi təhlükəsizlik səbəblərindən dünənki dövlət mərasimində iştirak etməyib.

Atasının ölümünə səbəb olan hücumdan bəri ictimaiyyət qarşısına çıxmayan Xamenei, eyni hücumda həlak olan həyat yoldaşı üçün cümə axşamı keçirilən anım mərasimində də iştirak etməyib.

ABŞ Prezidenti Donald Tramp, Cənubi Dakotada ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə İranla bağlı açıqlamalar verib.

Tramp İranın "məhv edildiyi" iddiasını təkrarlayaraq, İranın razılığa gəlməyi "çox istədiyini" iddia edib.

Həmçinin, Əli Xameneyinin dövlət dəfn mərasiminin bir hissəsi olaraq Tehran hökumətinə "bir həftəlik möhlət" verdiyini bildirib.

Qeyd edək ki, iyulun 6-7-də dəfn mərasimi Tehranın müxtəlif ərazilərindən keçərək Qum şəhərinə çatacaq. Daha sonra Xameneyinin cənazəsi iyulun 8-də nümayiş etdirilməsi üçün İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq. Bundan sonra cənazə yenidən İrana qaytarılacaq və iyulun 9-da Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn ediləcək.

Xatırladaq ki, dəfn mərasiminin ötən ilin mart ayında keçirilməsi planlaşdırılsa da, ABŞ və İsrailin davam edən hücumları səbəbindən bu mərasim təxirə salınmışdı.

Əfsanə
"Cebheinfo.az"