Rusiya tutmuşuq deyir: Ukrayna təkzib edir

Rusiya tutmuşuq deyir: Ukrayna təkzib edir

“Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini tam ələ keçirib”.

“Qafqazinfo” Rusiya mətbuatına xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy brifinqdə çıxışı zamanı bəyan edib. 

O, Konstantinovka şəhərinin Ukraynanın Donbasdakı son dayağı olduğunu iddia edib. 

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahının sözçüsü Andrey Kovalyov isə Rusiya tərəfinin bu iddiasını təkzib edib. 

“Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin guya Rusiya qoşunları tərəfindən işğal edilməsi barədə məlumat həqiqətə uyğun deyil”, - o deyib.

Kovalyov Konstantinovkanın Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

"Cebheinfo.az"