"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək

"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək

Bakıda müəllifi Aydın Tağıyev olan "Qələbənin memarı: 

Cənab Ali Baş Komandan" adlı tarixi əsərin təqdimat mərasimi keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, təqdimat mərasimi iyulun 11-də saat 11:30-da Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzinin "Zal 1 Amfiteatr"ında baş tutacaq.

Tədbirdə dövlətçilik dəyərləri, milli birlik, Azərbaycanın Zəfər tarixi və milli yaddaşın gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbir yalnız kitabın təqdimatı deyil, eyni zamanda xalqımızın birlik və həmrəylik ruhunu, qələbə iradəsini və milli qürur hissini əks etdirən əlamətdar görüş kimi nəzərdə tutulur.

Təşkilatçılar ictimaiyyət nümayəndələrini, media təmsilçilərini və maraqlanan şəxsləri təqdimat mərasimində iştirak etməyə dəvət edirlər.

Əfsanə
"Cebheinfo.az"