Rusiya qoşunları Konstantinovkanı ələ keçirib
“Rusiya qoşunları azad edilmiş Konstantinovka yaşayış məntəqəsinə tam nəzarət edir”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy brifinq zamanı məlumat verib.
"Şəhər artıq tam nəzarətimiz altındadır. Cənub Qüvvələr Qrupunun bölmələri şəhər bloklarını hələ də zirzəmilərdə və xarabalıqlarda gizlənən kiçik qruplardan və fərdi ukraynalı döyüşçülərdən təmizləməyi başa çatdırır", - deyə o bildirib.
Əhməd
"Cebheinfo.az"

