Pezeşkian Paşinyana Tehranda nə dedi?
Tehran və İrəvan arasındakı münasibətlər xarici müdaxilədən azad qalmalıdır.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O, Tehranda İranın mərhum Ali Rəhbəri Ayətullah Xameneinin vida mərasimlərində iştirak etmək üçün İrana gələn Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə ikitərəfli əlaqələrin yalnız müstəqil iradəsi ilə müəyyən edilməli olduğunu vurğulayıb.
Pezeşkian regiondankənar qüvvələrin mövcudluğunun regional problemlərin həllinə töhfə verməkdənsə, onları çətinləşdirdiyini bildirib.
"Cebheinfo.az"

