Yerdə güclü maqnit qasırğası başlanıb

Yerdə güclü maqnit qasırğası başlanıb

Yer kürəsində alimlərin bir neçə gün əvvəl xəbərdarlıq etdikləri güclü G3 səviyyəli maqnit fırtınası başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislərin fikrincə, maqnit fırtınası əvvəlcə proqnozlaşdırılandan təxminən bir gün gec başlayıb.

G3 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər, o cümlədən qoruyucu sistemlərdə yanlış həyəcan siqnalları və yağ transformatorlarının “qaynaması”.

Həmçinin peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radioəlaqədə pozuntular ehtimalı var. Orta enliklərdə qütb parıltılarını müşahidə etmək mümkün olacaq.

Əhməd
“Cebheinfo.az”