Belqorod kütləvi raket zərbələrinə məruz qalıb

Belqorod kütləvi raket zərbələrinə məruz qalıb

“İyulun 4-nə keçən gecə Belqorod şəhəri və Belqorod rayonu Ukrayna Silahlı Qüvvələrinin (USQ) kütləvi raket zərbələrinə məruz qalıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Belqorod meri Valentin Demidov özünün “Telegram” kanalında yazıb.

Bildirib ki, infrastruktur obyektlərinə ciddi ziyan dəyib, nəticədə regional mərkəzdə elektrik və su təchizatında fasilələr yaranıb:

“Eyni zamanda, bir neçə yerdə yanğınlar baş verib. İlkin məlumatlara görə, son hücumda xəsarət alan olmayıb. Yerli hakimiyyət orqanları yoxlamalar aparır, ziyanı sənədləşdirir və sakinlərə kömək edir. Təxminən altı nəqliyyat vasitəsi və kommersiya müəssisəsinin fasadı zədələnib”. 

Həmçinin, Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev dəkütləvi zərbələrin nəticələri barədə məlumat verib.Onun sözlərinə görə, bütün təcili yardım və çevik reaksiya xidmətləri zərər çəkmiş ərazilərə səfərbər edilib:

“Yanğınsöndürənlər bir neçə infrastruktur obyektində baş verən yanğınları söndürməyə başlayıblar”. 

Əhməd

“Cebheinfo.az”