İnsanlar istilərlə belə mübarizə aparır

İnsanlar istilərlə belə mübarizə aparır

Fransada rekord istilərlə mübarizə üçün maraqlı üsuldan istifadə edilir.

Sakinlər evlərin daha sərin qalması məqsədilə pəncərələrin çöl hissəsini su ilə qarışdırılmış təbaşir tozu ilə ağartmağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, son günlər havanın temperaturunun 40 dərəcəni keçdiyi ölkələrdə bu üsul geniş yayılıb.

Əsasən təmizlik və boya işlərində istifadə olunan kalsium karbonat tərkibli təbaşir tozuna tələbat da xeyli artıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşların təbaşir tozunu su ilə qarışdıraraq pəncərələrə çəkdiyi görünür.

Pəncərədə yaranan ağ təbəqə otağa işığın daxil olmasına mane olur, eyni zamanda günəş şüalarının böyük hissəsini geri qaytararaq evin daha az isinməsinə kömək edir.

Mütəxəssislər bildirirlər ki, təbaşirin tərkibində olan kalsium karbonat günəş şüalarını yaxşı əks etdirdiyi üçün bu üsul evlərin daxilində temperaturun aşağı düşməsinə kömək edir. 

Araşdırmalar da göstərir ki, bu örtük ultrabənövşəyi və infraqırmızı şüaların təsirini azaldaraq otaqların daha sərin qalmasını təmin edir.

Bu cür sadə üsullar kondisionerlərə alternativ olmasa da, isti hava dalğaları zamanı temperaturun təsirini azaltmağa kömək edə bilər. Məhz buna görə də insanlar bu ənənəvi və ucuz üsula üstünlük verirlər.

Gülər 
"Cebheinfo.az"