Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub
Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova bildirib.
O, Ukrayna ilə mülki şəxslərin mübadiləsinin həyata keçirildiyini söyləyib.
Bildirib ki, 7 Rusiya vətəndaşı Ukraynadan geri qaytarılıb.
Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudjadan olan bir qadın, digər ikisi isə digər regionların sakinləri olub.
Lantratova yeddi mülki şəxsin də Ukraynaya qaytarıldığını əlavə edib.
Qeyd edək ki, dünən Rusiya ilə Ukrayna arasında 160-ın 160-a formatında hərbi əsir mübadiləsi olub.
"Cebheinfo.az"


