Yük maşınının qapısı sınıb yola düşdü - VİDEO

Yük maşınının qapısı sınıb yola düşdü - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükəli hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, magistral yolun Biləcəri qəsəbəsindən keçən hissəsində “Coca-cola” reklamlı yük maşınının qapılarından biri qopub.

Belə ki, hərəkətdə olan avtomobilin yük yerinin kənarındakı qapılardan biri çıxaraq yolun hərəkət hissəsinə düşüb.

Xoşbəxtlikdən həmin detal digər nəqliyyat vasitələrinə çırpılmayıb.

İyunun 25-i günorta saatlarında qeydə alınmış hadisənin görüntülərini təqdim edirik:

"Cebheinfo.az"