Mansur Yavaşdan partiya dəyişənlərə REAKSİYA
Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) başçısı Mansur Yavaş Mamakda metro tikinti sahəsində işlərlə tanış olub.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə 5 stansiyanın tikintisinə faktiki olaraq başlandığı bildirilib.
Görüşdə layihənin qrafiki də qiymətləndirilib. İşin 16 iyul 2025-ci ildə başladığı xatırladılıb. Layihənin 14 yanvar 2029-cu ildə başa çatacağı gözlənilir.
M.Yavaş səfər üçün təşkil edilmiş bələdiyyə avtobusuna minib və mətbuat nümayəndələri ilə birlikdə tikinti sahəsinə gedib. Yavaş layihənin tamamlanma tarixi ilə bağlı "Ümid edirəm ki, seçkilərdən əvvələ çəkərik",- deyib.
Yavaş NATO Zirvəsinə hazırlıqlar səbəbindən nəqliyyatın hərəkətinin dayandırılması nəticəsində bir çox irəliləyiş əldə etmək imkanı olduğunu bildirib və NATO-nun tədbirinin keçirilməsinin Ankaranın təşviqi baxımından da müsbət olduğunu qeyd edib.
Bəzi bələdiyyə başçılarının partiya dəyişməsi ilə bağlı suala Yavaş belə cavab verib:
"Əgər seçicilər başqa bir partiyadan bələdiyyə başçısı seçmək istəsəydilər, bunu artıq edərdilər".
Nigar
"Cebheinfo.az"


