Ukraynaya 3,4 milyard dollar ayırılacaq
Dünya Bankı Ukraynaya 3,39 milyard dollar həcmində kredit və qrant ayıracaq.
Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb:
"Bu vəsait dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi və makromaliyyə sabitliyinin qorunmasına yönəldiləcək".
Paketə Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə ayrılan 1,04 milyard dollarlıq kredit, həmçinin "F.O.R.T.I.S. Ukraine FIF" fondundan 2,35 milyard dollarlıq qrant daxildir.
"Cebheinfo.az"


