Aşurada nə qədər qan toplanıb?

Aşurada nə qədər qan toplanıb?

Aşura Günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.

25 iyun 2026-cı il tarixində səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər. 

Saat 14:00-a olan məlumata görə, qan verən donorların sayı 2534 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.

Gülər 
"Cebheinfo.az"