"Bavariya" Saybarinin transferi üçün PSV ilə razılığa gəlib

"Bavariya" Saybarinin transferi üçün PSV ilə razılığa gəlib

Almaniyanın "Bavariya" klubu futbolçu İsmael Saybarinin transferi üçün Niderland təmsilçisi PSV ilə prinsipial razılığa gəlib.

"Report" xəbər verir ki, "Fussballdaten" nəşri məlumat yayıb.

Münhen təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.

Mərakeşli oyunçunun çıxışına görə qarşıdakı illərdə daha 5 milyon avro verilə bilər. Anlaşmaya əsasən, PSV futbolçunun növbəti satışından da gəlir əldə edəcək.

Onun "Bavariya" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulacaq.

Xatırladaq ki, İsmael Saybari hazırda Mərakeş millisinin heyətində DÇ-2026-da çıxış edir.

"Cebheinfo.az"