Azərbaycanda ödəniş kartlarının sayı 12 % artıb

Azərbaycanda ödəniş kartlarının sayı 12 % artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil edib.

"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12 % artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 13 % artıb, kredit kartlarının sayı isə 3 % azalıb.

"Cebheinfo.az"