ABŞ Türkiyəyə F-35-lər VERƏCƏK
Vaşinqton administrasiyası Türkiyəyə F-35 qırıcı təyyarələrinin verilməsini nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə əməkdaşlıq edir.
"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Vens deyib. "Bilirəm ki, ABŞ müdafiə naziri Pit Heqset və bütün komandası hazırda bu məsələni araşdırır, çünki Amerika qanunlarına uyğunluq üçün müəyyən şeylərin yoxlanılması lazımdır.
Prezident bizə bunu etməyi tapşırıb", - deyə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdə iştirak edən Vens bildirib. "Bu, mahiyyət etibarilə Konqresin məsələsidir.
Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün Amerika qanunlarına uyğun olub-olmamasından gedir", - Vens deyib.
"Biz bunun üzərində işləyəcəyik", - deyə Tramp əlavə edib.
Xəzər
"Cebheinfo.az"


