Niderlanddan Çinə tarixi JEST

Niderlanddan Çinə tarixi JEST

Çin Niderland hökumətinin Pekinə yarımkeçirici istehsal avadanlıqlarının ixracına qoyulan məhdudiyyətlərin daha da sərtləşdirilməsinə qarşı mövqeyini dəstəkləyib.

“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, Çinin Niderlanddakı səfiri Şen Bo açıqlamasında bildirib ki, Pekin Niderlandın ABŞ Konqresində müzakirə olunan “MATCH Act” qanun layihəsinə (Çinə tədarükünün məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi) etirazını düzgün addım hesab edir.

Səfirin sözlərinə görə, sözügedən qanun layihəsi qəbul olunarsa, Niderlandın Çinə yarımkeçirici istehsalı üçün avadanlıq ixracına ciddi məhdudiyyətlər tətbiq edilə bilər.

“MATCH Act” qanun layihəsi ABŞ-nin Çinlə bağlı ixrac nəzarətini gücləndirməyi və müttəfiq ölkələri də bu siyasətə qoşulmağa təşviq etməyi nəzərdə tutur.

Layihə xüsusilə dünyanın aparıcı yarımkeçirici avadanlıq istehsalçılarından biri olan Niderland ASML şirkətinin Çinə bəzi texnologiyaların ixracına təsir göstərə bilər.

Niderland hökuməti isə bu təşəbbüsə qarşı çıxaraq bildirib ki, ixrac siyasəti ölkələrin öz qərarı əsasında müəyyən edilməlidir və digər dövlətlərin məcburi şəkildə bu prosesə cəlb olunması doğru deyil.

Qeyd edək ki, məsələ ilə bağlı Niderland rəsmiləri ABŞ tərəfi ilə də müzakirələr apararaq tərəfdaşlığın könüllü əsasda qalmalı olduğunu vurğulayıblar.

Aişə Abdulova
“Cebheinfo.az”