Milyonlarla arı ətrafa yayıldı: "Evdən çıxmayın"

Milyonlarla arı ətrafa yayıldı: "Evdən çıxmayın"

ABŞ-nin Texas ştatının Oranj dairəsində 400 arı pətəyi daşıyan yük maşınının aşması nəticəsində təxminən 24 milyon arı ətrafa yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, hadisə nəticəsində indiyədək arı sancması və ya ciddi xəsarət alma halları qeydə alınmayıb.

Oranj dairəsinin Təcili Yardım Xidmətləri sakinlərə evdə qalmaq çağırışı edib. 

Qəzadan sonra təcili yardım xidmətləri hadisə yerinə gedən yolları bağlayıb. Xüsusi qruplar qoşqunu boşaltmaq və mümkün qədər çox arı pətəyini xilas etmək üçün işlərə başlayıblar.

Ərazinin arılardan tamamilə təmizlənməsinin müəyyən vaxt aparacağı bildirilib. 

Əfsanə
"Cebheinfo.az"