Bu ölkə Avstraliyadan quş əti idxalını dayandırdı
Papua-Yeni Qvineya quş qripi səbəbindən Avstraliyadan quş əti və quşçuluq məhsullarının idxalını dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, "ABC News" telekanalının verdiyi məlumata görə, Papua-Yeni Qvineya Milli Kənd Təsərrüfatı və Karantin Nəzarəti Qurumu Qərbi Avstraliya ştatında "H5N1" tipli quş qripi virusunun aşkarlanmasından sonra hərəkətə keçib.
Qurum Avstraliyadan toyuq məhsulları, yumurta və yumurta məhsullarının alışının dayandırıldığını bəyan edib. Avstraliyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq naziri Culi Kollinz verdiyi açıqlamada, Avstraliyanın quşçuluq və kənd təsərrüfatı istehsalı sistemlərinin quş qripindən təsirlənmədiyini, bu səbəbdən ticarət qadağasının lazımsız olduğunu bildirib:
"Bu lazımsız ticarət məhdudiyyətlərini aradan qaldırmaq üçün Papua-Yeni Qvineya ilə birbaşa danışıqlar aparırıq".
Papua-Yeni Qvineya Avstraliyanın ümumi toyuq əti ixracatının təxminən yarısını təşkil edir.
Avstraliyada aşkarlanan ilk "H5N1" tipli quş qripi virusu halı iyunun 19-da Qərbi Avstraliya ştatındakı köçəri quşda tapılmışdı.
Avstraliya hökuməti iyunun 22-də ölkədə "H5N1" tipli quş qripi virusunun ikinci halının təsdiqləndiyini bəyan etmişdi.
Ölkədə daha əvvəl də ev quşlarında quş qripi epidemiyaları görülsə də, həmin halların əksəriyyətinin "H7" tipli virusla bağlı olduğu müəyyən edilmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

