Almaniyada qatar səfərləri dayandırılıb
Almaniyada rəqəmsal qatar ratsiya sistemində yaranan nasazlıq səbəbindən ölkə daxilində qatar səfərlərinin dayandırıldığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Almaniya Dəmir Yolları şirkətinin ("Deutsche Bahn") sözçüsü DPA agentliyinə verdiyi açıqlamada ratsiya nasazlığı ucbatından qatar səfərlərinin ölkə miqyasında dayandırıldığını qeyd edib.
Sözçü nasazlığın aradan qaldırılması üçün bütün imkanların səfərbər edildiyini də diqqətə çatdırıb.
"Deutsche Bahn"ın İdarə Heyətinin sədri Evelin Palla isə "Bild" qəzetinə müsahibəsində bildirib ki, hazırda sərnişinlərin düşə bilməsi üçün qatarları stansiyalara çatdırmağa çalışırıq:
“Bundan sonra nə olduğunu tam olaraq bilmədiyimiz problemi həll etməliyik".Almaniya mediasında yer alan xəbərlərdə də bəzi qatarların hazırda stansiyalarda gözlədiyi, relslər üzərində qalan qatarların isə ən yaxın stansiyaya çatdırılaraq sərnişinlərin təxliyə edilməsinə çalışıldığı ifadə edilib.
Ölkə miqyasında qatarların dayanması səbəbindən çox sayda sərnişinin çətin vəziyyətdə qaldığı qeyd olunub.
"Deutsche Bahn"ın ümumi axsamalar səbəbindən sərnişinlərə taksi və otel kuponları payladığı da bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"

