Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

"Cebheinfo.az"a xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, “Qaz İxrac” İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

"Cebheinfo.az"