Xameneinin cənazəsi İraqa aparılacaq - Dəfn proqramı məlum oldu

Xameneinin cənazəsi İraqa aparılacaq - Dəfn proqramı məlum oldu

Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, qərarı Xameneinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə açıqlayıb:

“Sabiq Ali Rəhbərlə vida mərasimi və cənazə namazı iyulun 4-5 tarixlərində Tehranın Müsəlla kompleksində təşkil olunacaq. İyulun 6-da isə cənazə Qum şəhərinə yola salınacaq. Bu üç gün ərzində paytaxt Tehranda rəsmi tətil olacaq”.

Qeyd edək ki, proqrama əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də Tehrana edilən hərbi hücum zamanı yaxın ailə üzvləri ilə birlikdə həlak olmuşdu. Ondan sonra İranın yeni Ali Rəhbəri vəzifəsinə oğlu Müctəba Xamenei seçilib.

"Cebheinfo.az"