Uşaqlarımızı ağcaqanad dişləməsindən necə qoruyaq?
Ağcaqanad dişləməsi yay aylarında ən çox rast gəldiyimiz hallardan biridir.
Bu, bəzi uşaqlarda hətta ciddi allergik reaksiyaların, səpgilərin və şişkinliklərin yaranmasına gətirib çıxara bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, əvvəla ağcaqanaddan qorunmaq üçün dərman vasitələrinin tərkibində kimyəvi maddələr olduğundan, uşaqlar üçün istifadə edilməsi tövsiyə olunmur.
Amma təbii üsullarla ağcaqanaddan bu cür qoruna bilərik.
1. Evdə ağcaqanad torlarının olması;
2. Ağcaqanadlar kəskin-tünd qoxulardan (nanə, cirə, ekvalipt, reyhan, mixək, pişikotu və bunların dəmlənməsi) qaçırlar.
3. Uşaqların geyiminə xüsusilə diqqət yetirmək lazımdır. Ağcaqanadlar tünd rəngli geyimə gəlir, açıq rənglərdən isə qaçırlar.
Əgər uşağı ağcaqanad dişləyibsə, qaşınmanı yüngülləşdirmək üçün həmin nahiyəyə sodalı məhlul, qatıq (şişkinliyi yatırtmaq üçün) vura bilərsiniz.
Həmçinin, həkimin tövsiyə etdiyi antihistamin məhlullardan istifadə edərək, şişkinliyi, qızartıları azalda bilərik.
Gülər
"Cebheinfo.az"

