Nazirlər görüşdü: Türkiyə-Ermənistan nəqliyyat əlaqəsi bərpa edilir
Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası məsələsini müzakirə edilib.
“Cebheinfo.az” xəbər verir ki, Ə.Uraloğlu görüş haqqında sosial şəbəkə hesabında yazıb:
"Ermənistan ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşdə ölkələrimiz arasında əvvəllər fəal şəkildə istifadə edilən dəmir yolu və avtomobil yollarının bərpası səylərini müzakirə etdik.
Ərazimizdə lazımi təmir və hazırlıq işlərinə başladıqdan sonra Ermənistan tərəfinin hazırlıq və tender prosedurlarının vəziyyətini də qiymətləndirdik”.
Xəzər
“Cebheinfo.az”

