Daha bir aktrisa Mehriban Ələkbərzadədən şikayətləndi: “Ona görə...”

Daha bir aktrisa Mehriban Ələkbərzadədən şikayətləndi: “Ona görə...”

"İlham Əsgərov 30 ilə yaxındır "Azdrama"da çalışır, o bu teatrlar bağlı hər şeyi bilir, məlumatlıdır. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim bəxtimiz gətirib ki, İlham Əsgərov kimi rəhbərimiz var. Tam səmimiyyətimlə deyirəm, İlham Əsgərov "Azdrama"nı söküb təzədən yığa bilər".

"Cebheinfo.az" Report-a istinadən xəbə verir ki, bunu Əməkdar artist Məsmə Aslanqızı bildirib.

O əlavə edib: "Teatrımızda ab-hava çox yaxşıdır, yəni tamamilə dəyişib. Hətta indi teatrda 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindəki mühiti xatırlayıram, çünki o zaman mövcud olan böyük-kiçik anlayışı hiss olunur, hamının üzü gülür, hamı rahatdır.

Sizə bir şeyi də deyim, Mehriban Ələkbərzadə ilə aramızdakı problemə görə bir çox aktyor mənə salam verməyə qorxurdu ki, birdən xəbər ona çatar, o da onlara rol verməz, bizimlə də düşmənçilik edər, adımızı təqaüdə göndərməz və sair.

Bilirsiniz, hər adam idarəçiliyi bacarmır. Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır. Bu müddət ərzində mən Maqbet müəllimi (Maqbet Bünyadov – Əməkdar mədəniyyət işçisi, 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olub) çox yaxşı idarəçi kimi xatırlayıram".

"Cebheinfo.az"