Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılıb.

APA-nın məlumatına görə, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılıb və xəstəxanaya yerləşdirilib. O, ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"