ABŞ helikopteri qəzaya uğradı
ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatının Sitka şəhərində təlim uçuşu zamanı qəzaya uğrayıb.
"Cebheinfo.az" xəbər verir ki, helikopterdə olan 4 nəfər qəzadan sağ çıxıb.
ABŞ Dəniz İnstitutunun (USNI) məlumatına görə, Sahil Mühafizəsinə aid "MH-60 Jayhawk" tipli helikopter Sitka Sahil Mühafizəsi Hava Bazasında həyata keçirilən təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sahil Mühafizəsi rəsmilərinin açıqlamasında bildirilib ki, helikopterin 4 nəfərlik ekipajı xilas edilib və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Açıqlamada hadisə nəticəsində hər hansı ölüm faktının qeydə alınmadığı vurğulanıb. Qəzanın səbəblərinin araşdırılması üçün rəsmi istintaqın başladıldığı qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"

