Kaliforniyada silahlı insident: İki nəfər öldürülüb
ABŞ-nin Kaliforniya ştatında kitabxanada baş verən atışmada iki nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, Atışma Çiko şəhərindəki bir kitabxanada baş verib.
Hücumda iki nəfər həyatını itirib, bir uşaq isə yaralanaraq xəstəxanaya aparılıb.
Çiko polis rəisi Billi Aldridge hücumla bağlı keçirilən mətbuat konfransında bildirib ki, atışmanın zamanı şübhəli kitabxananın arxa qapısından qaçmağa cəhd edib və obyektdəki təhlükəsizlik işçiləri tərəfindən tutulub.
Polis rəsmiləri şübhələnin adını və atışmayla bağlı əlavə təfərrüatları açıqlamayıblar.
Sosial mediada paylaşılan bəyanatda yerli hakimiyyət həyatını itirənlərə başsağlığı diləyib.
Nigar Hacılı
"Cebheinfo.az

