Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq

Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq

Nağdsız ödənişlərin aparılması tələb olunan fəaliyyətlərə kraudfandinq münasibətləri də əlavə olunur.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, "Kraudfanding haqqında" qanunla müəyyən edilmiş ödənişlər nağdsız aparılmalıdır.

"Cebheinfo.az"