Mərakeş səfiri: "Qafarova və Qayatın görüşü iki ölkə..."

Mərakeş səfiri: "Qafarova və Qayatın görüşü iki ölkə..."

Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz "Facebook" səhifəsində yazıb.

Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyası çərçivəsində baş tutub. "Görüş zamanı Məhəmməd Qayat krallığın ərazi bütövlüyünə və onun Mərakeş Saxarası üzərindəki suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O, həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni təkan verilməsinin vacibliyini də vurğulayıb", - A.Embarş yazıb.

"Cebheinfo.az"