Vyetnam Prezidenti Azərbaycan liderini təbrik edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Cebheinfo.az" xəbər verir ki, təbrik məktubunda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin rəhbərliyinizlə ölkənin inkişafı, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi ilə bağlı əldə etdiyi uğurları diqqətlə izləyir və bu nailiyyətlərə sevinir.
Məmnunluqla qeyd edirəm ki, ötən dövr ərzində ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, strateji tərəfdaşlıq durmadan möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu təmələ əsaslanan münasibətlər gələcəkdə də inkişaf edəcək, iki ölkənin tərəqqisinə, xalqlarımızın rifahına, bütün dünyada sülhə və inkişafa töhfə verəcək.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan Respublikasına davamlı tərəqqi, xalqınıza firavanlıq arzulayıram. Yaxın vaxtlarda Sizin Vyetnama səfər edəcəyinizi gözləyirəm”.
"Cebheinfo.az"

