Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib - YENİLƏNİB

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib - YENİLƏNİB

Gümrü-Moskva sərnişin təyyarəsi Mahaçqala aeroportuna eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

***

13.41

Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan təyyarə həyəcan siqnalı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

"Pobeda" aviaşirkətinin Gümrü-Moskva reysini yerinə yetirən təyyarəsi Mahaçqalada enişə hazırlaşır.

Məlumata görə, təyyarə Dağıstan səmasında həyəcan siqnalı verib.

"Cebheinfo.az"