ABŞ və İran QƏRARA GƏLDİ
İsveçrənin Bürgenstok şəhərində keçirilən ABŞ-İran danışıqlarının iştirakçıları gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün mexanizm yaratmaq qərarına gəliblər.
“Cebheinfo.az” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
Onun sözlərinə görə, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçməsini təmin etmək üçün mexanizm yaratmaq qərara alınıb.
O, Tehranın Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını yekun razılığa gəlməzdən əvvəl əsas şərt hesab etdiyini vurğulayıb.
Onun sözlərinə görə, İran nümayəndə heyətinin mövqeyi hər iki tərəfin, xüsusən də İsrailin atəşkəslə bağlı götürdüyü öhdəliklərə ciddi şəkildə riayət etməkdir.
Xəzər
“Cebheinfo.az”

