“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrası davam edir

“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrası davam edir

"Çıraq" Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı. Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir.

Layihəyə cəlb olunan uşaqların hər birinə fərdi şəkildə psixoloq Ceyla Məmmədli tərəfindən “Sosial və ünsiyyət bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib. Keçirilən məşğələ zamanı layihədə iştirak edən 15 uşaqla sosial və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub. Təlimin əsas məqsədi uşaqlarda verbal və qeyri-verbal ünsiyyət bacarıqlarının inkişafı, sosial qarşılıqlı əlaqələrin qurulması, duyğuların ifadə edilməsi, növbə gözləmə, əməkdaşlıq etmə və sosial mühitə uyğun davranış formalarının formalaşdırılması olub.

Təlim zamanı qarşılıqlı ünsiyyət yaratma, salamlaşma və tanışlıq bacarıqları, göz kontaktının qurulması, sosial situasiyaların anlanılması, növbə gözləmə və qaydalara əməl etmə, rol oyunları vasitəsilə sosial situasiyaları canlandırma, sual vermə və cavablandırma bacarıqlarını inkişaf etdirən fəaliyyətlər həyata keçirilib.

İstifadə olunan metodikalar uşaqlarda:
- verbal ünsiyyət bacarıqları,
- qeyri-verbal ünsiyyət (jest, mimika, baxış kontaktı),
- sosial qarşılıqlı əlaqə qurma,
-- əməkdaşlıq etmə,
- növbə gözləmə və səbir nümayiş etdirmə,
- qaydalara uyğun davranış,
- özünü ifadə etmə və dinləmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Məşğələ müddətində bəzi uşaqlarda ünsiyyətə başlamaqda çətinlik, göz kontaktından yayınma, sosial situasiyaları anlamaqda çətinlik və müəyyən məhdudluqlar müşahidə edilib. Bununla yanaşı, oyun əsaslı fəaliyyətlər və qrup şəklində tapşırıqlar uşaqların sosial qarşılıqlı əlaqəyə daha aktiv qoşulmasına müsbət təsir göstərir. Layihədə uşaqların sosiallaşmasını təmin etmək məqsədi ilə qrup halında təlimlərin təşkili onların indi və gələcək həyatına müsbət edəcək.

Bu səbəbdən layihəyə cəlb olunmuş təlimçi tərəfindən uşaqlara müxtəlif mövzuları əhatə edən təlimlər keçir. 17-18 iyun tarixində uşaqlara təlimçi Həbibova Məryəm tərəfindən “Dostluq” haqqında qrup halında təlim keçirilib. Layihəyə cəlb olunan 15 uşaq yaş səviyyəsi və sosial bacarıqlarına görə II qrupa bölünmüş və hər qrupda olan uşaqlara mövzu tədris olunub. Uşaqlara dostluq, onun mahiyyəti və dəyəri haqqında məlumat verilib. Uşaqlara dostları ilə birgə söhbət etmək,oyunlar oynamaq və əylanmək kimi bacarıqların düzgün şəkildə aparılma qaydaları öyrədilib. Hər 2 mütəxəssis tərəfindən valideynlərə tövsiyələr verilib.

"Cebheinfo.az"