Qardaşıgilə qonaq getmişdi: 8-ci mərtəbədən yıxılıb öldü
Bakı şəhərində bədbəxt hadisə nəticəsində gənc qadın həyatını itirib.
Hadisə iyunun 20-də Xətai rayonunda qeydə alınıb.
2002-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Quliyeva qonaq getdiyi qardaşı mənzilində olarkən 8-ci mərtəbədə yerləşən evin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

