Ronaldonun şəcərəsi bu ölkəyə gedib çıxır
Dünya futbolunun canlı əfsanəsi, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun ailə şəcərəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, ulduz futbolçunun genetik köklərinin bir hissəsi Afrika qitəsinə – Kape Verdeyə bağlıdır.
Tarixi və bioqrafik araşdırmalara görə, Ronaldonun ata tərəfdən ulu nənəsi Roza İzabel da Piedade Kape Verdenin San Visente (Sao Visente) adasında dünyaya gəlib. O, sonradan daha yaxşı iş imkanları naminə Portuqaliyanın Madeyra adasına köçüb və orada məskunlaşıb.
Kape Verde Anqola, Mozambik, Qvineya-Bissau və Sao Tome və Prinsipi ilə birlikdə tarixən Portuqaliya müstəmləkəsi olmuş 5 ölkədən biridir.
Xatırladaq ki, Kriştianu Ronaldo özü Madeyrada doğulub boya-başa çatıb.
"Cebheinfo.az"

